07 sentyabr 2024 21:04
256

Birinci vitse-prezident Mehriban Əliyeva bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

“İki sahil” paylaşımı təqdim edir: “Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!”.