27 iyul 2024 15:05
308

MSK parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyib

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatında Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.