27 iyul 2024 00:09
309

Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb

Şəmkir rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“İki sahil” xəbər verir ki,  Kür qəsəbəsində və yaxın ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Səbəb isə rayon ərazisində müşahidə olunan yağıntılı hava şəraiti olduğu bildirilir.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti müşahidə olunur.