07 sentyabr 2024 22:53
269

Samuxda iki avtomobil toqquşub, ölən var

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.

Qəzada bir neçə nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.