26 iyul 2024 15:00
262

Azərbaycan, Türkiyə və Şimali Kipr bir-birinin mənafeyini daim dəstəkləməlidir -  Tahsin Ertuğruoğlu

Azərbaycan, Türkiyə və Şimali Kipr bir-birinin mənafeyini hər zaman dəstəkləməlidir.

 

“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruoğlu deyib.

O bildirib ki, bunun nəyin bahasına təmin edilməsindən asılı olmayaraq, bu üç dövlət bir-birinin mənafeyini daim müdafiə etməlidir.

Nazir həmçinin söyləyib ki, türk dövlətlərinin digər ölkələrə qarşı ərazi iddiası yoxdur: “Başqalarının torpağında gözümüz yoxdur. Amma kimsə də bizim torpaqlarımıza göz dikməməlidir”.

T.Ertuğruoğlu vurğulayıb ki, dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının beş üzvündən daha böyükdür: “Bunu yavaş-yavaş başa düşürlər. Həmin beş ölkənin gücü və nüfuzu tədricən azalır”.