26 iyul 2024 10:35
1160

Zəngilana qayıdışın həsrətini çəkənlərdən biri...

Görəsən uşaqların yaddaşı hardan, hansı yaşından başlayır? O yaşlarda uşaqların yaddaşında nə­lər qalır, ne­cə qalır? Nə qalırsa, tarixdir, yazılmamış bu tarix illər sonra kövrəkliklə xa­tır­lanılır, o xa­tirələrin əl­çat­maz­lığı ömrün dolaylarındadır...

Natiq Quluzadənin yaddaşında qalanlar da belədir.

1984-cü il iyulun 27-də Zəngilan şəhərində anadan olub. Qur­­ban kişinin öyüdləri ilə ayları il eləyib. Ata öyüdləri qalıb yaddaşında, ağsaqqalların de­yim­ləri, dö­yüş növbətçiliyinə tələsənlərin yerişi, onları Zən­gilanın hüdudlarına uğurlayanların baxı­şı, mövqelərə can atan yeniyetmələrin duruşu qalıb yad­da­şında. Bir də Zəngilanın işğalı günü, Min­ci­vana kimi yollara ya­ğan göz yaşları, göy üzünün göy­lü­yünə yayılan fəryadlar, ağılar, sızıldayan ağrılar qalıb. Bir də Arazı ke­­­çəndən az sonra ermənilərin atdığı top mərmisinin İran ərazisinə necə düşdüyü qalıb yaddaşında. İllər sonra xatırlayanda qəhər­lə­nir...

Zəngilan şəhər 1 nömrəli orta məktəbdə təhsil alırdı. 9 yaşı vardı köçkünlüyə düşəndə. Bakıda, Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə, sonra Sabunçu rayonunda İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbdə təh­­sil alıb. Ayları musiqiyə böyük marağı ilə il eləyib. Sonralar hüquqşünas olmağı qərara alıb. Hansı duyu­mun təsiriyləsə orta məktəbi bitirəndə, 2002-ci ildə Azərbaycan Dillər Universitetinin filolo­gi­ya (ingilis dili və ədəbiyyatı) fakültəsinə daxil oub. Müəllim olacaqdı, bu dili şagirdlərinə də öyrə­də­cəkdi. “Dili­mi­zə böyük sevginin ətəyində bu dili də öyrənin. Unutmayın ki, Ana dili termini var...” deyəcəkdi...

Yaddaşında yaşayan Zəngilana sevgisinin işığı vardı düşüncələrində. Zəngilanı  azad edəcək əs­gərlərin sırasında o da olmaq istəyirdi. 2006-cı il iyulun 8-də həqiqi hərbi xidmətə çağırıldı...

Hərbi xidmətdə digər əsgər yoldaşları kimi o da torpaqlarımızın işğaldan azad edil­məsi üçün dö­­yüş­lər arzulayıb, o da bu döyüşlərin əsgəri olmaq istəyib....

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində ehtiyat zabit ha­zır­lı­ğı kur­sun­da təh­sil alıb. Həqiqi hərbi xidmət müddəti başa çatanda, 2007-ci  il iyulun 1-də  ehti­yata bu­ra­xı­lıb. Eh­tiyatda olan leytenantdır...

Hərbi xidmətdən tərxis edildikdən sonra 2010-cu il noyabrın 30-dək  müxtəlif özəl müəssisələrdə işləyib...

Dövlət müəssisələrində işləmək istəyib.

2010-cu il dekabrın 1-də Zəngilan rayon İcra hakimiyyəti aparatında Ərazi İdarəetmə Orqan­la­rı ilə iş şöbəsində aparıcı məsləhətçi vəzifəsində dövlət qulluğunda əmək fəaliyyətinə başlayıb. Zə­ma­nə­ti al­dı­ğı təhsil olub, mükəmməl azərbaycançılıq xarakteri olub, Vətənə sevgisi olub, bir də dön­məz əqidəsi.  2012-ci ilin iyuluna kimi  həmin vəzifədə işləyib.

İşlədiyi vəzifəni bir vaxtlar necə işğal olunduğunu gördüyü Zəngilanı Zəngilandan uzaqda yaşa­dan­ların xidməti hesab edirdi. Özü də, camaat da işğalın sonlanacağına inanırdı. “Ali Baş Ko­mandanın  dö­­yüş əmri ilə torpaqlarımız işğaldan azad olunacaq. Zəngilana qayıdacağıq. Sevdi­yi­miz Zəngilanı yeni­dən quracağıq...”, - Natiq belə deyirdi...

2012-ci il avqustun 1-də Zəngilan rayon İcra hakimiyyəti aparatında İctimai-siyasi və hu­ma­nitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə irəli çəkildi. Bu təyinat da dövlətə, dövlətçiliyə sevginin təsdiqi idi; həyatın fəlsəfəsidir: Sevən sevilir.

Natiq Quluzadə təhsili həmişə həyat vəsiqəsi bilib, bu və ya digər sahədə daha inamla işlə­mə­yin həm də bu sahə üzrə alınan təhsildən də asılı olduğunu dərk edib. Qərara alıb ki, ali təhsilini ge­niş­lən­dir­sin, ali dövlət idarəetməsi üzrə də təhsil alsın. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti ya­nın­da Dövlət İdarəçilik Akademiyasının Döv­lət və Bələdiyyə İdarəçiliyi (regional ida­­rə­etmə) fakültə­si­nə daxil olub. Oxuyub, öyrənib. Öyrəndiklərinin onu kamil mütəxəssis edəcə­yi­nə inanıb. Bu inam dün­yə­vi inam olub...

1992-ci ilin mayında döyüş mövqelərinə gedənləri görəndə anası Səadət xanımdan soruşardı ki, atalar dö­yü­şə gedir, uşaqlar niyə onlara kömək etmirlər. “Hər yaşın öz hökmü olur, oğul. Siz böyüyənə kimi atalar düş­mə­ni bu tərəflərdən qovacaq. Onların yolunu siz davam etdirəcəksiniz. İşdə də, sərhəd­lər­də də...”, - anasının dediklərini uşaqlığının sabahlarına ana xeyir-duası bilirdi. İkinci ali təh­sil al­dıq­dan sonra zən­gi­lan­lı­lar­la daha tez-tez təmasda olduğundan hərdən o söhbəti də xatırlayırdı.

İllər Zəngilana, deməli, Vətənə sevgi ilə ötüşürdü. Natiq Akademiyanı 2016-cı bitirdi, regio­nal idarəetmə ixtisası üzrə magistr dərəcəsi aldı...

Zəngilan İcra hakimiyyətində müxtəlif vəzifələrdə işlədi. Hamısında da işi bəyənilirdi; bilik, mə­su­liyyət, işə sevgi, üstəlik də bu sevginin amaldan rişələnməsi...

2018-ci il mayın  25-də  Natiqə yeni bir etimad göstərildi. Zəngilan rayon  gənclər və İdman idarəsinin rəisi vəzifəsinə irəli çəkildi. Azərbaycançılığı təyin olunduğu bütün vəzifə­lə­rin “andı” bilən bütün gənclər kimi Natiq də bu etimadı “Ömür Vətən üçündür” qənaəti ilə qar­şı­la­dı. Bundan sonra da belə yaşayacaqdır.   

2022-ci il yanvarın 31-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Zəngilan rayon Gənclər və İdman İda­rə­sinin rəisi vəzifəsində çalışmaq bir gənc olaraq onu daha da qürurlandırdı. Gənclərin böyük qüvvə olduğunu eşitmişik, buna inanmışıq, bunun qadirliyini də görmüşük. Belə bir təşkilatda işlə­mək, bu bö­yük qüvvənin potensialını bütövlükdə, həm də yaradıcı baxımdan dövlətçiliyin möh­kəm­ləndirilməsinə düz­gün istiqamətləndirmək böyük məsuliyyət, hərtərəfli bilik, bacarıq, ünsiyyət mə­ha­rəti və s. tələb edir. Natiq bu təşkilata uğurla başçılıq etdi. Rayonun gəncləri bütün sahələr üzrə öncüllərdən oldu. Biz tələbə olan llərdə bir şüar vardı: Tələbəyəm, mən zamanın tələ­biyəm. Natiq tələbə olanda tarix Azər­bay­canlı gənclərin çatılan qaşlarını görürdü, düyünlənən yum­ruğunu görür­dü. Ötən əsrin sonlarında Azər­baycanlı gənclərin qaş­la­rının çatılması, yumruq­la­rının düyünlən­mə­si milli-azadlıq hərəkatını kük­rət­miş­di, imperiyanın da­yaq­larını laxlatmışdı, Azərbay­canın dövlət müstəqilliyi bərpa olunmuşdur. Natiqin yaşdaşlarının çatılan qaşları düşmənin işğalçılıq siyasətini da­ra çəkəcəkdir. Natiq də, onun yaşdaşları da Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini tam qələbə ilə başa çatdıracaqdır...

İllər təsdiqlədi ki, Natiq Quluzadə kimi vətənsevər gənclər üçün bir amal var: Vətənə xidmət, dövlət­çi­li­yi möh­­­kəm­ləndirmək. Natiq müəllim belə yaşadı, belə işlədi, belə yaşayır, belə işləyir, belə yaşayacaq, belə işlə­yə­cək...

 Məsul vəzifələrdə işlədiyi dövrdə Natiq müəllim Zəngilana, bu baxımdan dövlətimizə yüksək məsuliyyətlə işlə­yib. Dövlət qulluğunda işlədiyi illər ərzində dövlət qulluqçusu kimi bir sıra ixtisas dərəcələri  alıb.  Ha­zırda dövlət qulluğçusunun kiçik müşaviri ixtisas dərəcəsinə malik mütəxəs­sis­dir.

 

Aqillərdən eşitdiyim bir kəlam var: “Öz işini özün bəyən”. Bu kəlamı Natiqin eşididib-eşit­mə­di­yini bil­mi­rəm, bilirəm ki, o, öz işini özü bəyənə-bəyənə işləyib. Belə olanda iş həmişə bəyə­ni­lir...

Natiqlə mənim taleyimdə oxşar məqamlar var. Mən də ingilis dili mütəxəssisiyəm, Natiq də ingilis dili mütəxəssisidir. Mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Döv­lət İdarəçilik Akademiyasını) bitirmişəm, Natiq Azərbaycan Respublikasının Prezidenti yanın­da Dövlət İdarəçilik Akademiyasını. Mənim də ömrümün bir hissəsi hərbi xidmətdə keçib, Natiq də ali təhsil alan ki­mi hərbi xidmətə gedib. Mən də zabitəm. Natiq də zabitdir. Mən də komsomolda, Xalq Deputatları Soveti İcraiyyə Komitəsində (indiki  icra hakimiyyətində) işləmişəm, Natiq də icra ha­ki­miy­yə­tində işləyib. Mən Milli Məclisdə işləyirəm, Natiq 2022-ci il fevralın 1-dən YAP Zəngilan rayon təşkilatının sədridir.

Natiq Quluzadənin işi bilavasitə dövlətçiliklə bağlıdır. Bu fəaliyyətin də mahiyyəti vətənse­vər­­lik­dir, Vətəni sevdirməkdir; ən böyük vətəndaşlıq borcu Vətəni qorumaqdır, Vətəni sevdir­mək­dir. Natiq mü­əllim sevdiyi Vətəni sevə-sevə sevdirir.

YAP-ın ideologiyası dövlətçilikdir, dövlətdir, Vətəndir. Natiq müəllim bu ideologiyanın cəfa­ke­­şi­dir.  Onun ünsiyyətdə olduğuqları müxtəlif yaş qruplarına, müxtəlif sosial mövqeyə malik olan­lar­dır (YAP-ın üzvləri, müharibə və əmək veteranları, şəhid ailələri, qazilər, ziya­lılar, gənclər, qalib id­mançılar, məktəblilər, aztəminatlı ailələlər, ...). O, hamısı ilə Vətənin daha işıqlı sabahlarından danışır, dövlət­çi­li­yi­mizin əsgəri olmağın fəzilətlərini xatırladır...

Natiqin natıqlik qabiliyyəti, siyası məsələlərə maraqlı münasibətləri var. Bu haqda yazdığı mə­qalələr də kifayət qədər düşündürücüdür...

İki qız, iki oğul atasıdır. Övladlarını da Vətənin müqəddəsliyi ilə böyüdür. Bilir ki, davam əv­və­lə ehtiramdır, davam əvvəlin mahiyyəti ilə tənzimlənməlidir ki, ömür daha gərəkli olsun; Natiq mü­əl­limin həyat fəlsəfəsi həm də bu müddəalardan barınır...

...Yaddaşında bir Zəngilan var. Ora qayıdışın həsrətində olanlardan biri də Natiq Quluzadədir, ha­mının böyük ehtiramla Natiq müəllim çağırdığı Natiq Qurban oğlu...

“Zəngilana qayıdışın həsrətindəyik...”, - Natiq müəllim belə deyir...

Bayram Məmmədov,

Əməkdar müəllim