25 iyun 2024 15:13
382

Azərbaycan Ordusunun dəf edə bilməyəcəyi maneə yoxdur

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yer tutur. Yarandığı gündən xalqımızın ən vətənpərvər, mərd, ləyaqətli insanlarından təşkil olunan Ordumuz heç zaman indiki qədər güclü, peşəkar olmamışdır. Ölkə rəhbərliyinin hərbi quruculuq istiqamətində yürütdüyü məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bayrağı bütün suveren ərazilərimizdə dalğalanır. Dəmir yumruq erməni işğalçılarına elə bir zərbə oldu ki, onlar bu gün də özlərinə gələ bilmirlər. Ermənistan ordusu aldğı dözülməz zərbədən hələ də özünə gələ bilmir. 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmaqla Ermənistan bütün dünyaya öz gücsüzlüyünü göstərdi. 10 noyabr Zəfər günü Silahlı Qüvvələrimizin yarandığı son 103 ildə əldə edilmiş ən parlaq qələbədir. Hörmətli cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığında Vətən müharibəsi tariximizdə yeni qəhrəmanlıq səhifələri açdı. Bu müharibədə dünya dövlətləri, türk dünyası, vətən və xalq onun bayrağını ucaldan tarixin nadir yetişdirdiyi hörmətli cənab Prezident İlham Əliyev kimi həqiqi vətənpərvər, vətəninə və xalqına ürəkdən bağlı dahi şəxsiyyətin inamına, əzminə liderliyinə və qətiyyətinə bir daha şahid oldu. Ali Baş Komandanın rəhbərliyindəki güclü Azərbaycan Ordusu 106 yaşını şərəflə, qalib kimi qeyd edir.

44 günlük Vətən Müharibəsində tarix yazan Ordumuzun döyüş təcrübəsi, gücü xarici ölkələr tərəfindən öyrənilir, tədqiq edilir. Ərazisinin 20 faizi 30 il işğal altında olan Azərbaycan bu gün diqtə edən bir ölkəyə çevrilib. Biz Ermənistanla şərti sərhəddə əlverişli mövqelərə sahibik. Bütün strateji yüksəkliklər Ordumuzun ixtiyarındadır ki, bu da daha geniş ərazilərə nəzarət etmək deməkdir. Vətən müharibəsindən sonra hərbi arsenalımız müasir silahlarla daha da zənginləşib. Yeni pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli dağıdıcı uzaqmənzilli raketlər istismara verilib. İqtisadi potensialımız, artan gəlirlərimiz imkan verir ki, biz Ordumuzu daim inkişaf etdirək. Ordu quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət büdcəmizin əsas iki istiqamətini təşkil edir. Nəinki müharibə zamanı, müharibədən sonra da biz bir neçə dəfə Ermənistana öz gücümüzü göstərmişik. Bu gün Fransa, Hindistan kimi ölkələr Ermənistana çox təhlükəli, hücum silahları verirlər. Düşünürlər ki, bununla Cənubi Qafqazda günc balansını ermənilərin xeyrinə dəyişə biləcəklər. Heç kəs zənn etməsin ki, müharibə bitib, Azərbaycan Ordusu təxribatlara cavabsız qalacaq, qisas əməliyyatları aparmayacaq. Ermənistan onu dəstəkləyən qüvvələrə arxayın olub, regionda ərazi iddialarını təmin etmək istəyirlər. Biz ölkə başçısı səviyyəsind Ermənistana xəbərdarlıq etmişik ki, özlərini yaxşı aparmasalar, nəricə onlar üçün daha acınacaqlı ola bilər. Bizim Ermənistandan tələbimiz beynəlxalq hüquqa, yeni reallıqlara əsaslanır. Sərhədlər sənəd üzərində tanınmalı, Zəngəzur dəhlizinin açılmalıdır.

Azərbaycan dövləti bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görəcək. Azərbaycanın düşmənləri Türk birliyinin gücündən qorxur, ehtiyat edirlər. Türk dünyasının gücü hansısa başqa ölkəyə qarşı yönəlməyib və hər hansı Türk dövlətinin başqa bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq. Ordumuz bir çoxları üçün mümkünsüz görünən işləri həyata keçirməyi bacarır. Ordusunun dəf edə bilməyəcəyi maneə yoxdur .

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun texniki təminatı olduqca yüksək səviyyədədir. Ordu quruculuğu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı, heç bir məhdudiyyət olmadığı məlumdur. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələrinə və onun Ali Baş Komandanına inanır, ona güvənir.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı