25 iyun 2024 12:12
420

“Yaşıl enerji”yə keçid sürətlənir

Müasir dövrdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir.Hal-hazirda enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpa olunan enerji texnologiyalarının  sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirməkdədir.

Məhz bununla bağlı iyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.Müsahibədə Cənab Prezidentimiz bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.  

Cənab Prezident  çıxışı zamanı “Masdar”ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu, həmçinin “ACWA Power”, BP sərmayədarlarımız sırasında və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətlərinin  var olduğunu bildirib. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olduğunu ,orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra etməyi planlaşdırıldığını da xüsusi vurğulayıb.

Azərbaycanın özünə planlaşdırılan  qədər bərpaolunan enerji lazım olmadığı və bu səbəbdən hədəfin  ixrac olduğunu bildirən Prezidentimiz onu da vurğulayıb ki,bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən, indi Avropaya lazım olan qaydada nəql olunsun.

Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdu.

Cənab Prezident tədbir barədə bu fikri irəli sürmüşdür:” Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.”

Sonda ev sahibliyi edən ölkə kimi Prezidentimiz  əsas məqsədlərimizdən birinin birliyi və həmrəyliyi yaratmaq olduğunu vurğuladı:” Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”

Nazilə Quliyeva,
Xətai rayonu, 287№li Zəkalar liseyinin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü