24 iyun 2024 02:57
351

Azərbaycan müstəqillik dönəmində ordu quruculuğuna hər zaman ciddi önəm verib

Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb.  Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya və cəsur döyüşçülərə sahibdir. Nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Doğrudan da güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxardı. Xalqımızın hərb tarixi, qəhrəmanlıq ənənələri, yadellilərə qarşı mərdliklə mübarizə aparmaları, Azərbaycan tarixində özünə məxsusluğu ilə daim yaddaşlarda yaşamışdır. 

Bu sahəyə qarşı diqqət və qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına daxil edib. Bu gün Azərbaycanı qüdrətli ölkəyə çevirən əsas amil iqtisadi yüksəlişə və güclü orduya malik olmasıdır. Böyük sevinc hissilə söyləyə bilərik ki, ölkəmiz müstəqil iqtisadiyyata və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Heç şübhəsiz ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.

Göründüyü kimi, Azərbaycan Ordusunu gücləndirməyə davam edir. Bu gün də hərbi baxımdan regionun ən güclü dövləti olan Azərbaycan üçün ordu yenə də əsas prioritetdir. Azərbaycan Prezidentinin son açıqlaması Ermənistan artan hərbi təhdidlərinə qarşı adekvat cavabdır. Dünyada artıq xarici siyasətdə hüquq və diplomatiyanın həlledici olmadığını görürük. Azərbaycan da 30 ilə yaxın müddətdə beynəlxalq hüquqdan yararlanıb torpaqlarını işğaldan azad edə bilmədi, buna öz ordusu hesabına nail oldu. Prezident indiki məqamda, sülh danışıqlarının dalana dirəndiyi, Ermənistanın revanşist əhval-ruhiyyəyə qapıldığı, Azərbaycan ətrafında Fransa, Hindistan, İran və Ermənistan birliyinin yeni təhdidlər yaratması, ABŞ-ın bölgəyə gəlməsi imkan verir ki, Azərbaycan yanaşmasını hərbi fona əlavə etsin. Prezident ona görə qeyd etdi ki, uzunmənzilli raketlər, yeni nəsil PUA-lar alınacaq. Digər tərəfdən də hadisələrə komando hərbi hissənin açılması üzərindən baxanda görürük ki, bölgədə kifayət qədər ciddi proseslər gözlənilir.

Fəyaz Həsənli,
Bakı Ali Neft Məktəbinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının üzvü