19 iyun 2024 17:10
417

Coli qızı ilə qırmızı xalçada

Hollivud ulduzu Ancelina Coli "Toni" mükafatlandırma gecəsinə qızı ilə birlikdə qatılıb.

“İki sahil” xəbər verir ki, aktrisa 15 yaşlı övladı ilə qırmızı xalçada obyektivlərə poz verib. Bred Pitt və Colinin kiçik qızı Vivyen bir müddət əvvəl atasının soyadından imtina edib.

Tədbir üçün Ancelina dəbdəbəli dəniz yaşılı məxmər paltar, Vivyen isə ağ köynək, həmçinin şalvar, jilet seçib.