Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Xalq şairi Zəlimxan Yaqubun Gürcüstanda doğulub boya-başa çatdığı evi ziyarət edib.
“İki sahil” xəbər verir ki, səfir şairin anası ilə görüşüb, onun səhhəti və vəziyyəti ilə maraqlanıb, Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı xatirələrini dinləyib. F. Quliyev, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub. Səfir layihənin əhəmiyyətini vurğulayıb və tikinti prosesinə dəstək göstəriləcəyini bildirib.
Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.