12 iyun 2024 14:08
289

Müstəqilliyin memarı 

Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, zəngin dövlətçilik irsinə hər tərəfli yanaşan müdrik dövlət xadimi Heydər Əliyev dövlətin müstəqilliyini qurub yaratdı. O, 30 ildə zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanən tərəqqisində müstəsna rol oynadı, Onun əvəzsiz xidmətləri müstəqil Azərbaycanın inkişaf yolunu dəqiq müəyyənləşdirdi. 90-cı illərin əvvələrində çox çətin sınaqlar qarşısında qalan Azərbaycan xalqı düzgün seçim etməklə ölkənin xilası, rifah və tərəqqisi üçün dahi lideri özünə rəhbər seçdi.

Xalqın və dövlətin xilaskarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsdiq edərək ölkəmizin mənafelərini qətiyyətlə qorudu. O, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanın ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin etmiş, Türkiyə başda olmaqla bir sıra xarici dövlətlərlə beynəlxalq əlaqələrini genişləndirmiş, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımız qaldırılmasına nail olmuşdur. Bütövlükdə ölkəmizə mühüm nailiyyətlər qazandıran Heydər Əliyev xalqının təkidi ilə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürərək respublikamızın siyasi təlatümlərdən, iqtisadi böhrandan xilas etmişdir. Əvəzsiz lider xalqını inkişaf yoluna çıxararaq güclü , qüdrətli və nüfuslu bir dövlətin yaranmasına müvəffəq olmuşdur.

Məlumdur ki, ölkədə siyasi hərc-mərcliyin hökm sürdüyü , torpaqlarımızın ard-arda işğal olunduğu acınacaqlı bir şəraitdə Azərbaycan xalqı çıxış yolunu zəngin idarəetmə təcrübəsinə malik dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşmədə görmüşdür. Təbii ki, xalqın əziz liderinə inamı təsadüfi deyildir, müəyyən reallıqlara əsaslanırdı, Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərinə əsaslanırdı.

Dahi liderin siyasi kursunu şərəflə davam etdirən , Azərbaycan xalqının müstəqilliyini möhkəmləndirən , xalqın firavan gələcəyi və parlaq dövlətə çevrilməsi üçün mübarizə və əzimkarlıq ruhu göstərən İlham Əliyevi özünə bir rəhbər seçməklə xalq doğru addım atmışdı.

Azərbaycan xalqının taleyini dərindən düşünən İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin edərək misilsiz fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı , onun iqtisadi cəhətdən dirçəldilməsi üçün çox böyük xidmətlər göstərmişdir. II Vətən müharibəsində qalibiyyət əldə edərək xalqın inamını daha da doğuran Vətən oğlu tariximizin ən şansıı dövrünü bizlərə yaşatdı.

Bir sözlə, bu dahi şəxsiyyətlər, əbədi yaşar rəhbərlər çox böyük əzmkarlıq göstərərək, müstəqil və güclü Azərbaycan dövlətini yaratmağa müvəffəq oldu.

Güntəkin Tağıyeva,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü