11 iyun 2024 11:40
211

Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür

Bu il iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qahirədə rəsmi səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisi bəyanatında bildirdi ki, Azərbarbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Biz eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardığını, o cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdiyini bildirdi. Bəyanatında Prezident iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdi, tezliklə komissiyanın növbəti icasının keçirilməsinin qərara alındığını söylədi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etdi. Dövlətimizin Başçısı keçən il Misir Ərəb Respublikasının Prezidenti əs-Sisini Azərbaycanda qəbul etdiyini və bu il də özü səfər etdiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bildirmişdir: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyimiz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük inkanlara malik olmuşdur.”

 Səfər çərçivəsində cənab Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb. Görüş zamanı Dövlətimizin Başçısı Əl-Əzhərdə ikinci dəfə olduğunu, Azərbaycan-Misir  münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrinin mövcudluğunu qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırdı.

 Dövlətimizin Başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırlatdı, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıldığını bildirdi. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissi ilə vurğuladı və Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini dedi. Dövlətimizin Başçısı  işğaldan azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu diqqətə çatdırdı.

 Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib çıxışında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri