11 iyun 2024 11:16
199

Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərdə olmuşdur. Ölkə başçısı ikitərəfli münasibətlərin gələcək inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə birgə səylərin möhkəmləndirilməsi məqsədilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Səfər hər iki ölkənin tərəfdaşlığının möhkəmləndirilməsinə, sıx əməkdaşlıq vasitəsilə inkişaf sahələrində səylərin dəstəklənməsinə dəyişməz sadiqliyinin sübutudur. Müzakirələr əməkdaşlığın səviyyəsinin və dərinliyinin artırılmasına, siyasi dialoqun inkişafına, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafına yönəldiləcək. 

Misir Ərəb Respublikasının Prezidenti xarici investorlar üçün maneələrin aradan qaldırılmasının və hüquqi prosedurların sadələşdirilməsinin vacibliyini vurğuladı. Müzakirələr zamanı qeyd olundu ki, Azərbaycan-Misir enerji sahəsindəki tərəfdaşlığın inkişafı gözlənilir. Çünki SOCAR və Misir Dövlət Neft Şirkəti əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Eyni zamanda turizm inkişaf edən digər sahədir. Bakı və Şarm əl-Şeyx arasında müntəzəm reyslər, o cümlədən Air Cairo reysləri bu inkişaf edən sektoru dəstəkləyir. 

Ötən il yanvar ayında Misir Prezidenti ilk dəfə olaraq, Azərbaycana səfər etmişdir. Bu səfərin yekunu kimi irriqasiya, mədəniyyət və ticarət sahələrində 3 əsas saziş imzalanıb. “Biz gələcək əməkdaşlıqla bağlı ümumi mövqeyə gəldik. Bu əməkdaşlıq dərinləşdirilməli və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bu günkü səfər bunun daha bir təsdiqidir.” – deyə Prezident İlham Əliyev bildirmişdir.

Siyasi baxımdan ölkələr BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq forumlarda əməkdaşlıq edirlər.

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü