10 iyun 2024 12:13
200

Sarsılmaz birlik və humanizm prinsipləri

Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqavilsi ilə Azərbaycan,Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Qardaş Özbəkistan dövləti 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də bu təşkilata üzv Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası bu mötəbər təşkilatda müşahidəçi olan dövlətlərdir. Təşkilatın Zirvə toplantıları Azərbaycanda və digər qardaş dövlətlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda keçirilir. Eyni zamanda qeyd etmək lazımdır ki, hər il mütəmadi olaraq TDT-nin iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. Təşkilata üzv və müşahidəçi olan dövlətlər apardığı düzgün və məqsədyönlü siyasət sülh və humanizm prinsiplərinə əsaslanır. Azərbaycan da demokratik və qüdrətli dövlət kimi təşkilata üzv olan dövlətlər arasında əlaqələrin inkişafına böyük töhfə verir. Çünki Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi mükəmməl və güclü siyasət qlobal sülhə böyük töhfə verir və dünya dövlətləri Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edir. Cənab Prezident sözünün imzası qədər dəyərli olması və bənzərsiz siyasət aparması Azərbaycanı müasir dövrdə dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin  iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Görüş çərçivəsində Prezident İlham Əliyev tarixi faktları diqqətə çatdırıb və Türk Dövlətləri arasında olan iqtisadi, siyasi və mədəni əlaqələrin çox yüksək səviyyədə olmasından bəhs edib. “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.” Bəli, bu sözlər Azərbaycanın türk dünyasının önəmli parçası olmasının göstəricisidir.

TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək.

Bu gün qürur hissi keçirir və fəxr edirik ki, Türk dövlətləri qüdrətlidir, birliyimiz güclü və sarsılmazdır.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri