08 iyun 2024 14:31
180

 Bizim sözümüz imzamız qədər dəyərlidir

“Dəmir Yumruq” əməliyyatında qazandığımız şanlı zəfərdən sonra doğma Azərbaycanımız inkişafının yeni mərhələsinə qədəm qoydu. Azad edilmiş torpaqlarımızda infrastrukturun bərpa edilməsi, ekologiyaya ziyan gətirmədən yeni, bərpa olunan enerji mənbələrinin aşkar olunması planetimizin təmiz gələcəyinə misilsiz yatırımdır.

Bu ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Gaz – “ Caspian Oil and Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış edən dövlət başçımız İlham Əliyev bu kimi vacib məsələlərə toxunmuşdur. O, vurğulamışdır ki, 30 il ərzində ekoloji sahədə imzalanmış bütün müqavilələr icra olunur. Sənədlərdə heç bir düzəliş olunmamışdır. Bizim etibarımız onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün biz bərpa olunan enerji sahəsində yeni sürətli inkişafın şahidiyik. Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiqdir.

Altısı Avropa dövləti olmaqla səkkiz dövlət Azərbaycandan təbii qaz ixrac edir. Bəzi iftiraçı mənbələrin guya Azərbaycanın Avropaya lazımı qədər qaz ötürmək gücündə olmaması kimi fikirlərini yaymasına baxmayaraq, prezidentimiz öz çıxışında bu iftiraları və böhtanları əsaslı şəkildə təkzib etmişdir. 

Ülkər Şahgəldiyeva, 
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü