07 iyun 2024 14:49
430

Damla paylaşımlarını sildi

Müğənni Damla instaqram səhifəsindəki bütün paylaşımlarını silib.

“İki sahil” xəbər verir ki, 2,9 milyon izləyicisi olan sənətçi fotolarını profilindən yığışdırıb. O, yalnız bir neçə videosunu "reels" bölməsində saxlayıb. 

Qeyd edək ki, Damla tez-tez fotolar paylaşır və geyimlərinə görə tənqid olunurdu.