07 iyun 2024 10:13
295

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır

Xəzər Neft və Qaz Sərgisi 1994-cü ildən keçirilir və ölkəmizin enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. Sərgi hazırda neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə artıq Bakı Enerji Həftəsidir.

İyun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev son 30 ildə görülmüş  işlərdən geniş bəhs etdi. Ölkə başçısı Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadədə maraqlı olduğuna və bu sahədə olan böyük potensiala diqqət çəkdi. Məlum olduğu kimi işğaldan azad olunmu Qarabağ və Şərqi Zəngəzurun nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi ölkəmizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.

Çıxışında Prezident İlham Əliyev onu da vurğuladı ki, neft və qaz ehtiyatlarına sahib olduğuna görə ölkəmizi heç kəs günahlandıra bilməz. Bunu ölkəmizə Allah yetirib. Azərbaycanın həyata keçirdiyi işə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyinə görə qiymət verilməlidir. Ölkəmiz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəldib, Azərbaycanda inklüziv cəmiyyət qurulub. Yoxsulluq 50 faizdən 5 faizə endirə endirilib, ölkəmizin xarici borcu təxminən 100 faizdən 7,7 faizə endirilib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iqlim dəyişikliyi məsələsinə də diqqət çəkdi. İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Azərbaycan proaktiv addımlar atıb və hazırda tərəfdaşlarla birgə çalışır. Ölkəmiz növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis edilib. Qoşulmama Hərəkatının keçmiş sədri qismində Azərbaycan 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışır. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Ölkəmiz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyir. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırılır. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edilə biləcək ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri