06 iyun 2024 15:01
396

“Masdar” şirkətinin Azərbaycanda  üç günəş və külək enerjisi elektrik stansiyaları tikmək layihəsi önəmli hadisədir

Bu həftə paytaxtımızda keçirilən Bakı Enerji Həftəsi  bir daha göstərdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol malikdir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi də bu gerçəkliyin təntənəsidir.

Bəli, məhz bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan möhtəşəm enerji siyasəti və bu siyasətin  Prezident İlham Əliyev tədərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına şərait yaratdı. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yürütdüyü siyasət həm də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Eyni zamanda, əgər indiyədək Azərbaycan Avropanı neft və qazla təmin etməklə enerji təhlükəsizliyində rol oynayırdısa, bundan sonrakı mərhələdə isə  alternativ və bərpa olunan enerji vasitəsi ilə bu rolunu davam etdirəcək. Ölkəmiz hazırda Avropanın altı ölkəsini qazla təmin edir və bu say növbəti illərdə artacaq. 2024-cü ildə bu həcmin  24 milyard kubmetrdən artıq olacağı proqnozlaşıdırılır.

Bu gün ölkəmiz, həm də qazıntı enerjisindən alternativ və bərpa olunan enerjiyə transformasiyanı qarşıya  hədəf qoyub. Azərbaycan alternativ və bərpa olunan enerjiyə keçidlə qlobal iqlim dəyişikliyinə öz töhfəsini verməyi hədəfləyir. Artıq bu sahədə ilkin uğurlu addımlar atılıb. Azərbaycan alternativ və bərpa olunan enerji sektorunun inkişafı etdirilməsidir. Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan  bu sahəyə də dünyada tanınmış ciddi xarici investorlar cəlb edə bilib və bu proses davam etməkdədir. Bu məqsədlə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Masdar” şirkəti ilə imzaladığı saziş əsasında  Azərbaycanda  üç günəş və külək enerjisi elektrik stansiyaları tikiləcək. Bunu da qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyasının aktiv fazası hesab etmək olar. “Masdar” şirkəti ilə imzalanan müqaviləyə əsasən bərpa olunan enerjinin həcmini  2027-ci ilədək 2 qiqavata çatdırmaqdır və bu tamamilə real hədəfdir. Amma bu başlanğıcdır, növbəti mərhələdə bunu daha da artırmaq imkanları mövcuddur.

Bu beynəlxalq tədbir ümumiyyətlə bütün parametrlərinə görə beynəlxalq əhəmiyyət kəsb edən toplantıdır. Çünki bu gün dünyamızı ciddi narahat edən qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə bərpa olunan enerjiyə transformasiya prosesində böyük rol oynayacaq.  Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyəti ABŞ Prezidenti Co Baydenin toplantı iştirakçılarına  ünvanladığı mürəciətdə də öz əksini tapıb. O, Azərbaycanın  qlobal enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə verdiyi töhfənin yüksək dəyərləndirərək  böyük məmnunluqla qeyd edib ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. ABŞ-ın dövlət rəhbəri bildirib ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə COP29 kimi beynəlxalq tədbirin 2024-cü ilin noyabrında Bakıda keçirilməsi təqdir olunası hadisədir.

Bütövlükdə bu toplantı Azərbaycanın növbəti onilliklərdə qarşısında duran hədəflərə nail olunmasında  xüsusi rol oynayacaq. 

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri