05 iyun 2024 12:25
389

Məryəm Üzərli ən böyük qorxusunu açıqladı

Məşhur aktrisa Məryəm Üzərli ən böyük qorxusunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, aktrisa dənizdən qorxduğunu vurğulayıb.

"17 yaşım olanda sörf etmək üçün Portuqaliyaya getdim. Birdən böyük bir dalğa gəldi, üç metr yarımlıq, bəlkə daha böyük idi. Məni götürüb dənizin dərinliyinə saldı, bir yuxarı, bir aşağı, harada olduğumu bilmədim. Sonra düşündüm ki, yəqin ki, öləcəyəm. Dənizin yuxarısının harada olduğunu bilmirdim.

Sonrası yadımda deyil, üstə çıxdım. O gündən sonra bir daha suyun altına düşmədim. İnanılmaz qorxuludur. Ssenaridə bunu necə gözdən qaçırdığımı bilmirəm" deyə, Məryəm bildirib.