26 may 2024 09:51
307

Anası ilə duet oxudu

Türkiyəli müğənni Murat Balcı anası Saliha Balcı ilə sözləri və musiqisi Orxan Gencebaya məxsus olan "Səni Buldum Ya" mahnısını duet oxuyub.

“İki sahil” xəbər verir ki, Karyerasının ən özəl işi olduğunu deyən müğənni “Anamın həyatını həyat yoldaşına və uşaqlarına həsr edərək həyata keçirə bilmədiyi ən böyük arzusunu həyata keçirmək istədim” dedi.

İkili mahnının klipi üçün birlikdə hazırlıqlara başlayıblar.