23 may 2024 15:58
389

Kıvanç Tatlıtuğ 12 milyonluq təklifi rədd etdi

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni reklam təklifini rədd edib.

“İki sahil” xəbər verir ki, aktyora Küveytdə mağaza açılışında iştirak etməsi üçün 12 milyon lirəlik (633 min 732 manat) təklif edilib. Kıvanç karyerasına uyğun gəlmədiyini bildirərək təklifdən imtina edib.

Qeyd edək ki, aktyor son olaraq Serenay Sarıkaya ilə "Ailə" serialında çəkilib.