21 may 2024 17:42
419

Dünya çempionatının Bakıda keçirilməsi bizim üçün vacib məqamdır- Orxan Məmmədov

Dünya çempionatının Bakıda keçirilməsi bizim üçün vacib məqamdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat mərasimində deyib.

O, Azərbaycanın minifutbol tarixində yeni səhifənin açıldığını söyləyib: "Ölkəmizdə müxtəlif idman növləti üzrə dünya çempionatları keçirilib. Amma bizim kimi gənc federasiya üçün bu, böyük hadisədir.
Keçmişə nəzər salsaq, 16 il əvvəl ölkəmizdə minifutbol meydançaları salmağa başladıq. Bakıda 40-a yaxın belə stadionlar var. Həmin meydançalar 150-dən artıq idmançılara xidmət edir. Minifutbol ölkəmizdə geniş kütlə tərəfindən tanınır və sevilir".