21 may 2024 16:53
638

Məsut Özil Mehmet Büyükekşini ziyarət edib

Türkiyənin "Fənərbaxça" klubunun və Almaniya milli komandasının keçmiş ulduzu Məsut Özil Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşini ofisində ziyarət edib.

“İki sahil” xəbər verir ki, TFF-dən verilən məlumatda qeyd olunub ki, Almaniya millisinin türk əsilli keçmiş futbolçusu Məsut Özil Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ofisində ziyarət edib.

Riva Hasan Doğan Milli Komandalar Düşərgəsi və Məşq Mərkəzində keçirilən görüşdə Məsut Özil 14 iyun-14 iyul 2024-cü il tarixləri arasında Almaniyanın 10 şəhərinin ev sahibliyi ilə keçiriləcək 2024-cü il Avropa Futbol Çempionatı öncəsi Türkiyənin milli komandasına uğurlar arzuladığını bildirib.

Səfərin sonunda federasiya prezidenti M.Büyükekşi Məsut Özilə üzərində adı yazılmış milli komandanın formasını hədiyyə edib.