20 may 2024 19:03
529

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri keçirilir

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi nümayiş olunur.

Proqrama əsasən, mayın 20-si Bakıda, 23-də isə Gəncədə Tacikistanın incəsənət ustalarının qala-konserti təqdim olunacaq.

Qeyd edək ki, Tacikistan Mədəniyyəti Günlərinin mayın 23-də yekunlaşması nəzərdə tutulur.