20 may 2024 15:09
396

Yunanıstanda da çempion bəlli oldu

Yunanıstan Superliqasında 2023/2024 mövsümünün qalibi məlum olub.

“İki sahil” xəbər verir ki, sonuncu - 36-cı turda "Aris"ə 2:1 hesabı ilə qalib gələn PAOK xallarını 80-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. Razvan Luçeskunun komandası 2-ci pillədə qərarlaşan AEK-i 2 xal qabaqlayıb.

Bununla da Saloniki təmsilçisi tarixində dördüncü dəfə Yunanıstan çempionu olub.