20 may 2024 13:44
395

Peşəkar Çövkən Liqasında I turun proqramı müəyyənləşib

Sabah Binə Atçılıq Mərkəzində startı veriləcək Peşəkar Çövkən Liqasının püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, püşk nəticəsində ilk turda hansı cütlüklərin qarşılaşacağı müəyyənləşib.

"Sərhədçi" - "Ağstafa Dilbaz"
"Polad" - "Zəfər"
"Ömər" - "Embavud"
"Elit" - "Köhlən"
"Şirvan" - "Qarabağ"

Qeyd edək ki, yarışın bütün oyunları Binə Atçılıq Mərkəzində baş tutacaq.