Argentinanın “İndependyente” klubunun baş məşqçisi Karlos Teves istefa verib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. O, qarşıdakı bir oyunda da komanda ilə birgə olacaq. Argentina millisinin sabiq futboçusu 2023-cü ilin yayından "İndependyente"ni çalışdırırdı.
Qeyd edək ki, K.Teves futbolçu karyerası ərzində "Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus"da çıxış edib.