19 may 2024 21:00
428

Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib

Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.

“İki sahil” xəbər verir ki, təmsilçimiz əvvəlcə yer aldığı B qrupunu birinci pillədə başa vurub.

Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə qazanıb - 4:2.

Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.