19 may 2024 18:13
441

"Qəbələ"dən qələbə

Misli Premyer Liqasının 35-ci turu çərçivəsində "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, autsaderlərin qarşılaşmasında meydan sahibləri qələbə qazanıb.

Yarışın 51-ci dəqiqəsində Usama Xalayla hesabı açıb. 87-ci dəqiqədə isə Əyyub Alaş oyunda son nöqtəni qoyub – 2-0.

Misli Premyer Liqası,

35-ci tur

19 may (bazar)

16:00. “Qəbələ” 2–0 “Araz-Naxçıvan”

Qollar: Usama Xalayla, 51 (1-0), Əyyub Alaş, 87 (2-0)

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu,“İki sahil”