18 may 2024 11:36
426

Peşəkar Çövkən Liqasında milli atlardan istifadə olunacaq

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək.

ARAF-dan “İki sahil”ə verilən məlumata görə, yarışda milli atlardan istifadə olunacaq.

Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şoudur. Oyunlara giriş sərbəst olacaq. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı görüş gözləyir.

Qeyd edək ki, çempionatın açılış mərasimi mayın 21-də, saat 14:00-da Binə Atçılıq Mərkəzində baş tutacaq.