18 may 2024 09:26
425

Millimiz Slovakiya ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

“İki sahil” xəbər verir ki, komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.