17 may 2024 02:36
792

Xərçəngin yaranmasının əsas səbəbi görün nə imiş

"Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında reabilitasiya həkimi Sergey Aqapkin alimlərin ətraf mühit faktorlarının xərçəng riskinə təsirini necə qiymətləndirdikləri barədə danışıb.

Onun sözlərinə görə, əlverişsiz ekoloji şərait faktiki olaraq təhlükəli xəstəliklərin riskini xeyli artırır və bu, elmi cəhətdən sübut olunmuş faktdır.

Buna klassik bir nümunə, uzun müddət istilik izolyatoru kimi, o cümlədən yaşayış binalarında istifadə olunan asbestdir. Orqanizmdə toplanan asbest lifi zədələnməyə, hüceyrə mutasiyasına, məsələn, ağciyər xərçənginin inkişafına səbəb ola bilər.

Digər risk faktoru ultrabənövşəyi radiasiyadır. Bəzi bölgələrdə bu, normadan çoxdur, bəzilərində günəş işığı demək olar ki, yoxdur. Ultrabənövşəyi şüaların çox olduğu yerlərdə dəri şişləri və melanomalara daha çox rast gəlinir.

"Ətraf mühit faktoru qorxulu xəstəliklərin yaranmasında ən əsas faktorlardandır”, -deyə mütəxəssis bildirib.

Nubar Süleymanova, “İki sahil”