16 may 2024 12:44
433

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb

AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2” klubunun futbolçusu Nicat Məmmədovu 4 oyunluq cəzalandırıb.

“İki sahil”in qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb N.Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub.

Futbolçunun bu hərəkətinə görə “Kəpəz-2” 300 manat cərimələnib.