15 may 2024 10:53
236

38 yaşlı Milnerin müqaviləsi uzadıldı

“Brayton” futbolçusu Ceyms Milnerlə müqaviləni uzadıb.

"İki sahil" Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir.

Ötən ilin yayında "Brayton"a keçən İngiltərə millisinin sabiq üzvü  bu mövsüm komandada ümumilikdə 20 oyunda iştirak edib və 2 qol ötürməsi verib.