PSJ-nin futbolçusu Leven Kurzava bu mövsümün sonunda Paris təmsilçisindən ayrılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında yazıb. O, Paris təmsilçisini azad agent kimi tərk edəcək.
Bu mövsüm Kurzava PSJ-nin heyətində cəmi 1 oyuna çıxıb.
Qeyd edək ki,bundan əvvəl Kilian Mbappe PSJ-dən ayrılacağını açıqlayıb.