13 may 2024 18:11
457

Noyer Bundesliqada 500 oyun keçirən 4-cü qapıçı oldu

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada 500-cü oyununu keçirib.

“İki sahil” xəbər verir ki, bu, 33-cü turunda "“Volfsburq”la oyuna təsadüf edib.

Almaniya millisinin də üzvü olan Noyer Bundesliqada bu saya çatan 4-cü qapıçı olub. Ona qədər Oliver Kan (557), Ayke İmmel (534), Uli Ştayn (512) 500 və daha çox oyun keçirib.