13 may 2024 16:02
558

Türkiyə Kubokunun final oyunu İstanbulda keçiriləcək

"Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək Türkiyə Kubokunun final oyununun stadionu bəlli olub.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Onun sözlərinə görə, qarşılaşma İstanbuldakı Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, matç mayın 23-də baş tutacaq.