Türkiyənin "Adana Dəmirspor" klubu futbolçusu Luiş Nani ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
37 yaşlı futbolçu 2023-cü ilin iyul ayından "Adana Dəmirspor"da oynayırdı.
Xatırladaq ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də "Adana Demirpsor"da çıxış edir.