13 may 2024 11:24
515

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər

Bakıda yeniyetmə boksçular arasında keçiriləcək “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqları və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər.

ABF-nin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, onlar Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.