13 may 2024 03:30
518

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

Cari mövsümün sonunda Tomas Tuxellə vidalaşacaq "Bayern Münhen" sabiq baş məşqçisi Hans-Diter Fliklə danışıqları davam etdirir.

“İki sahil” xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Almaniya nəhəngi 59 yaşlı mütəxəssisə 2 illik müqavilə təklif edib. 

Qeyd edək ki, Flikin son iş yeri 2023-cü ildə ayrıldığı Almaniya millisi olub. O, 2019-2021-ci illərdə "Bayern"i çalışdırıb.