13 may 2024 01:13
466

"Arsenal" "Mançester Yunayted"ə qalib gəlib lider oldu

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, növbəti oyun günündə bir matç keçirilib.

Çempionluq mübarizəsini davam etdirən "Arsenal" səfərdə "Mançester Yunayated"ə qalib gəlib - 1:0.

İngiltərə Premyer Liqası,

37-ci tur

12 may

"Mançester Yunayted" – "Arsenal" - 0:1
Qol: Trossard, 19

Bu nəticədən sonra xallarını 86-a çatdıran "Arsenal" liderdir. 2-ci pillədə olan və ehtiyatında daha bir oyunu olan "Mançester Siti"nin isə 85 xalı var. "Şəhərlilər" mayın 14-də "Tottenhem"lə 34-cü turdan təxirə salınan matça çıxacaq.  Çempionluğn taleyi isə sonuncu - 38-ci turda həll olunacaq.