12 may 2024 21:28
437

MPL: “Sumqayıt” qələbə qazanıb ikinci pilləyə yüksəldi

Bu gün Misli Premyer Liqasının 34-cü turu çərçivəsində “Sumqayıt” “Səbail”i qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunun 41-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Kasimir Ninqa hesabı açıb. O, 45-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub.

90+4-cü dəqiqədə Aleksandr Ramalinqom “Səbail”in təsəlli qolunun müəllifi olub.

Misli Premyer Liqası,

34-cü tur

12 may (bazar)

19:30. “Sumqayıt” 2–1 “Səbail”

Qollar: Kasimir Ninqa, 41-pen. (1-0), 45 (2-0), Aleksandr Ramalinqom, 90+4 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”