12 may 2024 00:26
547

Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın qadın güləşçisi Mariya Stadniki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində paylaşım edib:

“Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşi üzrə milli komandamızın üzvü Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da ümumi lisenziyalarımızın sayı 12-yə çatıb. Güləşçimizi və məşqçilərimizi təbrik edir və Olimpiya Oyunlarında uğurlar arzulayırıq”.