11 may 2024 21:21
446

"Tottenhem"dən qələbə

"Tottenhem" İngiltərə Premyer Liqasında 37-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, London klubu "Bernli"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Tottenhem" - "Bernli" - 2:1
Qollar: Bruun Larsen, 25 (0:1), Porro, 32 (1:1), Van de Ven, 82 (2:1)

Bu qələbə ilə xalını 63-ə yüksəldən "Tottenhem" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, "Bernli" 24 xalla 19-cudur və Vensan Kompaninin baş məşqçisi olduğu komandanın elitanı tərk edəcəyi dəqiqləşib. Turnir cədvəlinə 85 xalla "Mançester Siti" başçılıq edir.