11 may 2024 11:16
431

Bekhem onu tarixin ən yaxşı futbolçusu adlandırdı

"İnter Mayami"nin sahibi Devid Bekhem komandanın hücumçusu Lionel Messini tarixin ən yaxşı futbolçusu hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. Bekhem deyib:

“Tarixin ən yaxşı futbolçusu? Hər kəsin öz fikri var. Bu illər ərzində bir çox böyük oyunçular futbol oynayıb, amma mənim fikrimcə, Messi tarixin ən yaxşısıdır”.

Xatırladaq ki, Messi ötən yay PSJ-dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 24 matçda 22 qol vurub, 11 qolun ötürməsini verib.