11 may 2024 23:32
911

Mariya Stadnik "Paris-2024"ə lisenziya qazanıb - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“İki sahil” xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.

Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmabuela Liuzzi ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik Paris-2024-də vəsiqə əldə edib.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

***

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, bu, Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) üçün Paris 2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq baxımından son şans olacaq.

Ötən gün yarımfinalda məğlub olan 35 yaşlı güləşçi, bürünc medal uğrunda görüşə çıxacaq.

Qadınlardan ibarət yığmanın digər üzvləri - Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq, uğursuz çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.