11 may 2024 09:22
581

"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" "Qarabağ"a qarşı

Misli Premyer Liqasında 34-cü tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 9-cu yerdəki "Araz-Naxçıvan" 7-ci pillədəki "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. 

Digər oyunda çempionluğu rəsmiləşdirən "Qarabağ" 3-cü yerdəki "Zirə"nin qonağı olacaq. Bu matç isə saat 19:30-da start götürəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

Misli Premyer Liqası,

34-cü tur

11 may (şənbə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
“Liv Bona Dea Arena”

19:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Zirə İdman Kompleksi stadionu