İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
“İki sahil” xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.
Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edir.
Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.
Səsvermə canlı konsert zamanı açıqdır.
Xatırladaq ki, “Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub