Hər bir dövlətin inkişafə və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun tövfələri də olduqca mühümdür. Fondun bu sahədə keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir.
Təhsilə olan münasibət bir dövlətə olan münasibətdir. Yeni tikilmiş məktəb binaları təhsilə yaratdığımız sərmayələrdir. Bilirik ki, dünyada bir çox münaqişələr , problemlər baş verir. Azərbaycanda Prezidentimiz İlham Əliyevin sayəsində sabitlik ,əmin-amanlıqdır. Bu, Prezidentin uzaqgörən siyasətinin nəticəsidir.
Son illərdə müəllim peşəsini seçənlərin sayını artırır. Müəllim Azərbaycanda həmişə hörmətli peşə olub.Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu daha da yüksək səviyyədədir.
Müəllimlərin əmək haqlarının artırılması , iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı artıb. Bir gəncə olan qayğı onun təhsilə olan sərmayə dövlətimizi və dövlət rəhbərimizin tutduğu ən uğurlu yoldur. Gənclərə dəstək , onların elm, təhsil almaları , xarici ölkələrdə dövlətimizi təmsil etmək Azərbaycan təhsilinin nə qədər də irəli getməsinin bariz nümunəsidir.
İllərlə bu daha da püxtələşir və dünya səviyyəsində adlı-sanlı gənclərimizlə qürür duymağımıza gətirib . İnanırıq ki , cəmiyyət olaraq gənclərə təhsilimizə prezident tərəfindən ayrılan sərmayələr gün gələcək Azərbaycanı dünya arenasında daha da tanıdacaq.
Gülnar Xəlilova,
YAP Xətai rayon təşkilatının üzvü